Qarabağda baş verənlərin dünyanın diqqətmərkəzində olduğu bir vaxtda Şuşadaəməkdaşlığa, iqtisadi tərəqqiyə, nəhəng iqtisadilayihələrin müzakirəsinə həsr olunmuş bir tədbirAzərbaycanın quruculuq və sülh potensialınınbariz nümunəsidir.
“Cənab Prezident Azərbaycanın İqtisadiƏməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu və butəşkilat çərçivəsində çoxtərəfli və ikitərəfliəməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bir dahabəyan etdi. Təşkilatda birləşən dövlətlərin nəhəngiqtisadi potensialından daha səmərəli istifadəüçün real imkanlara malik olduğunu bildirdi.
İlham Əliyev bununla da Azərbaycan əməkdaşlığaaçıq ölkə olduğunu bir daha təsdiq etmiş oldu.
Azərbaycanın son illər və son həftələrdə yaşadığıəlamətdar tarixi günləri xatırladan Prezident İƏT-in Şuşa şəhərinin 2026-cı il üçün turizm paytaxtıelan edilməsini də xüsusi vurğuladı. Bu qərarıqəbul etməklə İƏT kimi bir nüfuzlu təşkilatAzərbaycanın haqq işinə mənəvi dəstək verib”.
“Azərbaycanın regional məsələlərin məhz regionölkələrinin dominantlığı ilə həllinə tərəfdarolduğunu və 3+3 əməkdaşlıq formatını irəlisürdüyünü yada salaq. Bu o deməkdir ki, Azərbaycan regiondakı bütün ölkələrin, o cümlədən Ermənistanın da iqtisadi tərəqqinin birhissəsi olmasına tərəfdardır. Ancaq bunun üçünyaranmış tarixi fürsətdən yararlanmaq və sülhmüqaviləsinin imzalanmasına ehtiyac var. Bumüqavilə təkcə Azərbaycan və Ermənistan üçünəhəmiyyətli olmayacaq. Bu sülh müqaviləsiCənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıqməkanına çevrilməsi üçün tarixi fürsət verir”.
Bu gün Azərbaycanın azad edilmiş ərazilərdəhəyata keçirdiyi infrastruktur layihələri təkcə ölkəüçün deyil, həm də regional əhəmiyyətlidir.
“Həyata keçirilə layihələr bölgənin logistikaimkanlarına yeni nəfəs verəcək. Dəmir yol xətləri, şose yolları Şimaldan Cənuba, Şərqdən Qərbədoğru uzanan logistik arteriyaların əsas qovşağıolacaq. Qısa zaman kəsiyində işğaldan azadolunmuş ərazilərdə vacib infrastruktur layihələrihəyata keçirilmiş, o cümlədən iki yeni hava limanıtikilib istifadəyə verilmişdir. Üçüncü hava limanıisə hazırda Laçında inşa edilir.
Cənab Prezident görülən quruculuq və bərpaişlərində qardaş ölkələrin dəstəyini də heç zamanunutmur. Qardaş Özbəkistan və Qazaxıstanıntəşəbbüsü ilə Füzuli şəhərində məktəb tikilib vəyaradıcılıq mərkəzində tamamlama işləri aparılır. Bu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyinvə dostluğun növbəti bariz təzahürüdür.
Bu gün hamıya bəllidir ki, işğaldan azad edilmişərazilərə “Böyük Qayıdış” proqramı milliprioritetlərimiz sırasındadır. Uğurla icra edilənproqram çərçivəsində bu günə qədər Laçın, Füzulişəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinəköçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır.
İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının açıqvə səmərəli müzakirələrin aparılması üzrəbeynəlxalq platforma olduduğunu bir dahabildirməklə, eyni zamanda Nazirlər Şurasının 27-ci iclasının Şuşada keçirilməsinin ölkələrimizin vəbütövlükdə regionun davamlı inkişafına töhfəverəcəyini ifadə etdi. Regionun inkişafına işıqsalan Şuşa toplantısının ən ciddi nəticəsi odur ki, inkişaf və çiçəklənmə üçün daima irəliyə baxmaq, daima çalışmaq lazımdır. Bunun ən bariznümunəsini isə cənab Prezident başda olmaqlaAzərbaycan dövləti göstərir”.
Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü
Xalid Kərimov
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta