Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandanı general-leytenant İlham Abdullayevin vəzifəsindən azad edilməsi barədə xəbərə qurumdan reaksiya verilib.
FHN-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yayılmış xəbər doğru deyil.
“General-leytenant İlham Abdullayev işinin başındadır”, - deyə məlumatda qeyd edilib.