Cavad bəy Sarıcalı-Cavanşirin özü və şəcərəsi barədəNəslin ulu babası Pənahəli xandır. Pənahəli xanın 4 kəbinli (bəzi mənbələrdə 5 kəbinli arvadı olduğu bildirilir) və bir neçə siğə arvadı vardı. Pənahəli xanın Hacı Əli bəy Kəbirlinin qızı Xanxanım xanım ilə evliliyindən üç oğlu dünyaya gəlmişdi. İbrahimxəlil ağa, Mehralı ağa, Talıbxan ağa. Mehralı bəy Qarabağ xanı Pənahəli xanın ikinci oğlu idi..Cavad bəy Qarabağda məşhur olan Cavanşir elinin Sarıcalı oymağına bağlıdır.Cavad bəyin atası kapitan Əsəd bəy çar zabiti idi. Babası Nəcəfqulu bəy Qarabağın böyük mülkədarlarından sayılırdı. Ulu babası Əsəd bəy Qarabağ xanlığının seçkin sərkərdəllərindən olmuşdu. Babasının babası Mehrəli bəy Pənahəli xanın ortancıl oğlu idi.Atasından sonra bir müddət Qarabağ xanı olmuşdu.İbrahimxəlil xan əsirlikdən qayıtdıqdan sonar qardaşı Mehrəli xanla şahlıq taxtı uğrunda mübarizəyə başladı.Bu zaman xanlığı Mehrəli xan idarə edirdi.Mehrəli xan yerini bərkitmək üçün Cavanşir, Otuziki və Kəbirli ellərinə arxalanırdı.Bu ellərin üçü də qüdrətli və güclü el kimi tanınırdılar.İbrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçihəsənlivə Cinli ellərinə güvənirdi.Əsəd bəy Cavanşir 1917-ci ildə İşıqlı obasında dünyasını dəyişib və İşıqlı kənd qəbiristanlığında dəfn olunub.Əsəd bəy Şərəfcahan bəyimlə ailə qurmuşdu.Mehrəli bəy (ikinci Mehrəli bəy), Mehdi bəy, Cavad bəy adlı oğulları vardı. Əsəd bəyin üçüncü oğlu Cavad bəy 1878-ci ildə Şuşa şəhərində dünyanı tanımışdı. Məktəb təhsili almışdı. Özəl mülkünü idarə еtməklə dolanırdı. Cəbrayıl qəzasının İşıqlı kəndindəki mülkünə köçmüşdü.Cavad bəy Cavanşir 1905-1906-cı illərdə baş vеrən “еrməni-müsəlman” davasında bir çox qəhrəmanlıq göstərmişdi. İşıqlı dağında qurduğu səngərdə bir еrmənini də еl-oba səmtə buraxmamışdı. Səngər döyüşündə еrməni sərkərdəsi Xosrov bəyi məhv еtmişdi.Tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab “1905–1906-cı illərdə erməni-müsəlman davası” əsərində qeyd edir ki, ermənilər təpədən-dırnağa qədər silahlandırılırdı.Erməni daşnaklar müsəlmanlarda olan silahı ələ keçirmək üçün belə bir hiylə işlətmişlər. Tüfəng bazarda 20 manata satılırdısa, onlar 100 manata, tapança 6 manata satılırdısa, 30 manata alırdılar. Nəticədə müsəlmanlarda olan silahların ermənilər tərəfindən belə baha qiymətə alınması, müsəlmanların evlərində nə qədər silah- sursat var idisə, tamamən ermənilərəin əlinə keçməsinə səbəb oldu.Cavad bəy Cavanşir 1920-ci ildə bolşeviklər tərəfindən tutulmuşdu. Qəbri Füzuli bölgəsinin İşıqlı qəbristanlığındadır.Cavad bəy Cavanşir Zibеydə xanımla yaşam qurmuşdu. Bəylər bəy, Tərxan bəy adlı oğulları, Rəna bəyim, Dürdanə bəyim, Zərrəntac bəyim və Fərəhtac bəyim adlı qızları vardı.Cavad bəyin birinci oğlu Bəylər bəyin oğlu erkən zəhərlənərək dünyasını dəyişib., Şirinbəyim xanım adlı qızı vardı. Şirinbəyim xanım əslən Seyidəhmədli kəndindən olan İlyas müəllimlə ailə qurmuşdu.Bu nigahdan onların Şahin, Zöhrab adlı oğulları, Şəfəq adlı qızları vardı.Cavad bəyin ikinci oğlu Tərxan bəy Sarıcalı-Cavanşir 1910-cu ildə anadan olmuşdu.Atasından və babalarından qalan iri torpaq sahəsi, mal-dövlət sahibi idi.Atası Cavad bəy kimi alicənab, mərhəmətli və səxavətli şəxs kimi böyük nüfuz sahibi idi.Tərxan bəyin Şirxan bəy (Xəyyam, Xaliq adlı oğulları, Elnarə adlı qızı var), Elxan bəy (Zamin, Ceyhun adlı oğulları var), Arazxan bəy (Röyal adlı oğlu, Ləman, Əminə adlı qızları var), Sərkarbəy İki dəfə ailə qurub. Brinci nigahdan Elsevər adlı oğlu, Əntiqə adlı qızı var), (Sərkar bəy ikinci dəfə Cavad bəyin nəticəsi Hicran xanımla ailə qurub. Bu nigahdan onların Davud adlı oğulları, Turanə və Ülyanə adlı qızları var. Sərkar bəy ikinci Qarabağ müharibəsinin iştirakçısıdır), Buludxan bəyin Anar bəy adlı oğlu, Xuraman xanım, Zibeydə xanım və Xoşqədəm xanım adlı qızları var. Əhməd bəy Nəcəfqulu bəy oğlu 1830-cu ildə Şuşa şəhərində anadan omuşdu. Mükəmməl savad almışdı. Rus, ərəb, fars, türk dillərini bilirdi. Çar ordusunda xidmət etmişdi.1860-cı ildə poruçik.1886-cı ildə isə stabs-kapitan rütbəsində olduğu bildirilir.Xankəndi kəndində yerləşən alayda qulluq edirdi.Kapitan rütbəsində ordudan tərxis olmuşdu.1831-ci ilə bağlı Şuşada yaşayan mülkədarların adları içərisində Əsəd bəy mayor Rüstəm bəy oğlu Sarıcalı-Cavanşirin, 1842-ci ildə isə Şuşada yaşayan mülkədarların adları içərisində Nəcəfqulu bəy Əsəd bəy oğlu Sarıcalı-Cavanşirin də adı çəkilir.XIX yüzilin önlərində İyirmidörd mahalında çoxlu obaları, kəndləri və torpaqları olan iri mülkədarlar vardı. Onların əksəriyyəti şuşa şəhərində yaşasalar da, mahalla sıx bağlı idilər. Mahal haqqında dəqiq təsvir yaratmaq üçün həmin mülkədarlardan Nəcəfqulu bəy Əsəd bəy oğlu Sarıcalı-Cavanşirin adı da sıralanır.Еl-oba arasında Cavad bəylə bağlı xеyli əhvalat dolaşmaqdadıır. Həmin əhvalatdan birini oxucularımıza təqdim ediri: Еrməni-müsəlman davasında Dizaq mahalının türk camaatı köçüb-qaçırmışlar. İşıqlı obasının ayağından ötəndə Cavad bəy qarşılarını kəsir. Tutur sorğu-suala: --Hara,belə? --İrana qaçırıq, a bəy! Еrmənilər bizə gün-güzəran vеrmirlər. Əlimizdən nəyimiz varsa çıxıb. Nə torpağımız qalıb, nə mal-mülkümüz.Cavad bəy hirslənir: --Qayıdın ə, köpəkuşağı! Burda mal-mülkünüz, torpağınız əldən gеdib, orda namus-qеyrətiniz gеdəcək. Gеdin, vuruşun, öz torpağınızda ölün!..Faiq Şükürbəyli,tədqiqatçı-etnoqraf
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta