Türkiyənin İzmir şəhərinin Qarabağlar rayonunda taksiyə minən soyğunçu səkidən qopardığı daşla taksi sürücüsünə hücum edib.
Hadisə anbaan taksidə olan videoqeydiyyatçı tərəfindən qeydə alınıb.
Qeyd olunur ki, sərnişinin məqsədi sürücünün pul qabını oğurlamaq olub.
Xoşbəxtlikdən cinayətkar öz məqsədinə çatmayıb. Baş nahiyəsindən xəsarət alan sürücü əvvəl xəstəxanaya daha sonra polis idarəsinə yollanıb.
Artıq polis hücum edən şəxsi həbs edib.
oxu.az