AZ

Ronaldoya 99 şallaq zərbəsi: İran səfirliyi bəyanat yaydı

İranı bu ölkədə olarkən yerli qızla öpüşdüyünə görə futbolçu Kriştiano Ronaldonun cismani cəza alacağı ilə bağlı yayılan xəbərlər təəccübləndirib.

Yenisabah.az xəbər verir ki, İslam Respublikasının İspaniyadakı səfirliyi bununla bağlı bəyanat yayıb.

Bəynatada ında deyilir: "Biz İranda beynəlxalq səviyyəli hər hansı bir idmançıya qarşı hər hansı hökmü qəti şəkildə rədd edirik. Sosial şəbəkələrdə bu cür əsassız xəbərlərin dərc edilməsinin insanlığa qarşı cinayətlərə və məzlum Fələstin xalqına qarşı hərbi cinayətlərə kölgə sala biləcəyi narahatdıq". 

"Kriştianu Ronaldo sentyabrın 18-də və 19-da rəsmi futbol matçında iştirak etmək üçün İrana səfər edib və çox yaxşı qarşılanıb. Onun Fatimə Həmami ilə səmimi və humanist görüşü də həm ölkə xalqı, həm də idman orqanlarıböyük tərif və rəğbətlə qarşılanıb”, - deyə səfirlik vurğulayıb.

Qeyd edək ki, daha əvvəl sosial media istifadəçiləri Ronaldonun İrandakı davranışına görə 99 şallaq zərbəsi ilə cəzalandırıla biləcəyini yazıb. O, Tehranın “Perepolis” klubu ilə Asiya Çempionlar Liqası matçını keçirən (2:0 hesabı ilə qalib gələn) Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının tərkibində İranda olub. 38 yaşlı futbolçunun səfərinə idman hissəsi ilə yanaşı, yerli azarkeşlərlə də görüş daxil olub. Onların arasında əlil qız olan rəssam Fatimə Həmami də olub. Söhbət zamanı Ronaldo sənətçini qucaqlayıb öpüb.


Telegram kanalımız
Seçilən
318
50
yenisabah.az

10Mənbələr