AZ

İlham Əliyev Sərsəng su anbarının ərazisində Dövlət Bayrağını ucaltdı

"Azər-Türk Bank" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 10 milyon 499 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin 9 ayını 3 milyon 79 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azər-Türk Bank"ın xalis mənfəəti 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə artıb. Xalis mənfəətin kəskin artması əsasən Bankın faiz gəlirlərinin artmasından qaynaqlanır.

Marja.az xəbər verir ki, 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Azər-Türk Bank"ın faiz gəlirləri 22 milyon 150 min manat və ya 94,5 % artaraq 45 milyon 593 min manat təşkil edib. 

2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Azər-Türk Bank"ın qeyri-faiz gəlirləri 1 milyon 10 min manat və ya 4,8% artaraq 22 milyon 68 min manata olub. 

2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Azər-Türk Bank"ın cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 23 milyon 160 min manata artmasına qarşılıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 13 milyon 993 min manat manat artıb. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti də 9 milyon 167 min manat çox olub.

2023-cü ilin 9 ayında "Azər-Türk Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 67 milyon 661 manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 50 milyon 918 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 16 milyon 743 min manat təşkil edib. Əməliyyat mənfəətindən mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 3 milyon 744 min manat ayrılıb və 2 milyon 500 min manat mənfəət vergisi də ödənilib. Beləliklə, "Azər-Türk Bank" 2023-cü ilin 9 ayını 10 milyon 499 min manat xalis mənfəət ilə başa vurub.

Müqayisə üçün qeyd edək ki, 2022-ci 9 ayında "Azər-Türk Bank"ın cəmi əməliyyat gəlirləri 44 milyon 501 min manat, cəmi əməliyyat xərcləri 36 milyon 925 min manat, əməliyyat mənfəəti 7 milyon 576 min manat, ehtiyatlara ayırma 3 milyon 779 min manat, ödənilmiş mənfəət vergisi 700 min manat olmuşdu.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayının yekunu sonu ilə müqayisədə "Azər-Türk Bank"ın cəmi aktivləri 19 milyon 135 min manat və ya 2,3 % artaraq 863 milyon 329 min manata çatıb. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə 131 milyon 833 min manat və ya 43,5 % artaraq 434 milyon 919 min manata yüksəlib.  

2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayının yekunu sonu ilə müqayisədə "Azər-Türk Bank"ın istehlak kreditləri portfeli 93 milyon 942 min manat artaraq 220 milyon 758 min manat, biznes kreditləri portfeli 4 milyon 64 min manat azalaraq 43 milyon 371 min manat, ipoteka kreditləri portfeli 41 milyon 956 min manat artaraq 170 milyon 790 min manat təşkil edib. 

2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayının yekunu sonu ilə müqayisədə "Azər-Türk Bank"da cəmi depozitlər 98 milyon 280 min manat  artaraq 421 milyon 971 min manata qalxıb. Bankda fiziki şəxslərin depozitləri 46 milyon 81 min manat, hüquqi şəxslərin depozitləri 52 milyon 199 min manat artıb.

30 sentyabr 2023-cü il tarixində "Azər-Türk Bank" 75 milyon 302 min manat məcmu kapitala malik olub. 

Azər-TürkBankmənfəət
Seçilən
969
3
marja.az

10Mənbələr