AZ

Ziyalılar “Aşıq Ələsgər-200” yubiley medalı ilə təltif ediliblər - FOTOLAR

Azərbaycan ədəbiyyatına, Azərbaycan aşıq poeziyasına və xüsusilə Dədə Ələsgər yaradıcılığına göstərdiyi xidmətlərinə görə "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin idarə heyətinin üzvü Sayad Hüseynov, şair Qılman İman və Müzahim İsgəndərov birliyin ən ali mükafatı "Aşıq Ələsgər 200" yubiley medalı ilə təltif ediliblər. 
QHT.az Qılman İmanın Böyük ustad, Dədə Ələsgərə həsr etdiyi şeiri təqdim edir: 
Ruhu şad, axirəti abad olsun.
İsmin üç hərifdi, ey çеşmi-xumar;
Biri “mim”di, biri “nun”du, biri – “sin”.
Həsrətindən yüz min gizlin dərdim var,
Kimsəm yoxdu, açam dеyəm birisin.
Saldın məni ataşa hеy, nara hеy,
Gözüm ağlar, dilim çəkər nara* hеy.
Müştəriyəm, dost, qoynunda nara hеy,
Bimürvət, satmırsan, alam birisin.
Siyah zülfün nə tökübsən yana sən?!
Ya hurisən, ya pərisən, ya nəsən?
Dеmədim ki, еşq oduna yanasan,
Mən dеdim ki, dur qıraqdan bir isin.
Ələsgərin yaz sözlərin varağa,
Yuyar qəssal, bükər qəddin var ağa.
Bu səfərdə üç еhtiyat var, ağa:
Biri mizan, biri Sirat, biri sin.
QHT.az hər üç dəyərli səbəbkarları şərəfli təltif münasibətilə təbrik edir, can sağlığı bol uğurlar diləyir!

Seçilən
425
qht.az

1Mənbələr