AZ

ABŞ-da tikinti xərcləri azalıb

ABŞ Ticarət Nazirliyi fevral ayı üçün tikinti xərcləri məlumatlarını açıqlayıb.

Fins.az xəbər verir ki, buna görə ölkədə mövsüm təsirlərindən təmizlənmiş tikinti xərcləri fevral ayında bir əvvəlki aya görə 0,3% azalaraq 2 trilyon 91,5 milyard dollara çatdı.

Tikinti xərcləri üçün bazar gözləntiləri bu dövrdə 0,7 faiz artacaqdı. İkinci ayda enişini davam etdirən tikinti xərcləri yanvarda 0,2 faiz azalıb.

Fevral ayında dövlət tikinti xərcləri 1,2 faiz azalsa da, özəl sektorun tikinti xərcləri sabit seqmentdə olub.

Fevralda tikinti xərcləri illik bazda 10,7 faiz artıb.

Günel Məlikzadə
Fins.az

 

Seçilən
276
16
fins.az

10Mənbələr