AZ

Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisinin məqaləsi impakt faktorlu jurnalda dərc olunub

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin aparıcı elmi işçisi kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyevanın “XXI əsrdə Azərbaycan intellektuallarının kulturoloji baxışlarında qlobal dialoq modeli” adlı məqaləsi (rus dilində) Web of Science Core Collection`s Emerging Sources Citation Index – nüfuzlu beynəlxalq elmi bazada indekslənən “Вестник Томского Государственного Университета. Культурология и Искусствоведение” elmi jurnalının 53-cü sayında dərc edilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Məqalədə Azərbaycanın elmi və yaradıcı intellektuallarının dünya ictimaiyyətinə təklif etdikləri mədəniyyətlərin qlobal dialoq modeli təhlil olunur.

Müəllif qlobal dialoqun Azərbaycan modelinin azərbaycançılıq, multikulturalizm, türkçülük ideologiyalarına istinad etməsini və İslamın humanizm prinsiplərindən qaynaqlanmasını elmi dəlillərlə şərh edir.

Seçilən
422
tehsil.biz

1Mənbələr