AZ

Gülçöhrə Məmmədova İnşaat Kollecini kimlərə etibar edib - İLGİNC FAKTLAR

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.12.2004-cü il tarixli 195 saylı qərarı ilə yaradılmışdır və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.01.2005-ci il tarixli 47 saylı əmri ilə fəaliyyət göstərir. Yarandığı ilk gündən İnşaat Kollecinin rəhbərliyinin məqsədi təhsilin müasir standartlara uyğun təşkil olunmasına, mükəmməl mütəxəssislərin hazırlanmasına nail olmaqdır. Bunun üçün İnşaat Kolleci həm tədrisdə, həm də gənc nəslin tərbiyəsində öz fəaliyyətini dövrün tələblərinə, AzMİU-nun qabaqcıl standartlarına uyğun qurmuşdur. İnşaat Kollecində Azərbaycan Memarlıq və İnşaat Universitetində olduğu kimi xüsusi qabiliyyət tələb edən fənlərdən hazırlıq kursları fəaliyyət göstərir.




Bütün bunlar İnşaat Kollecinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir struktur bölməsi olduğunu təsdiq edir. Bu sözügedən universitetin https://azmiu.edu.az rəsmi elektron portalında da öz əksini tapıb.
Amma özünü İnşaat Kollecinin direktor müavini kimi təqdim edən Cəsarət Əliyev Aktualinfo.org-un İnşaat Kolleci tərəfindən keçirilmiş satınalma prosedurlarında ciddi qanun pozuntularına yol verilməsi ilə əlaqədar sorğusuna münasibət bildirərkən deyir ki, “kotirovkaları Kollecdə Təhsil Nazirliyi keçirir, nə sualınız var ora göndərin” Ona Kolecdə satınalmanı nə vaxtdan Təhsil Nazirliyi keçirir- deyə sual etdik. Özünü direktor müavini kimi təqdim edən şəxs qayıdasan ki, “Təhsil Nazirliyinə tabedir, ona görə ora keçirir” -dedi. Əslində orada YAP sədri olan Cəsarət Əliyevə xatırlatdıq ki, Kollec Memarlıq və İnşaat Universitetinin nəzdində olduğundan ora müracət etmişik, sizdən də cavab istəyirik dedik. “Kollec Təhsil Nazirliyinə tabedir, bütün suallarınızı ora verin.” – dedi. Özünü direktor müavini kimi təqdim edən şəxsin bizi açıq aşkar başından etmək istədiyini görüb məlumatları yaymaq qərarına gəldik.
Bəhs etdiyimiz sorğuda biz nə kimi suallara aydınlıq gətirmək istəyirdik?
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada müəyyən etdik ki, 23.11.2023-cü ildə (ilin sonunda) İnşaat Kolleci tərəfindən 2023-cü il üzrə alınaçaq mal -materialların və xidmətlərin satınalma planları açıqlanmışdır. Kollecin Satınalma Komissiyası satınalma planlarına 2 kotirovka sorğusu daxil etmişdir.
Tikili və avadanlıqların cari təmir xərcləri üzrə 23.11.2023-cü ildə başlanılmış kotirovka sorğusunun zərflər paketi 08.12.2023 -cü ildə açılmış və satınalma prosedurunun yekunlaşdırılması barədə məlumat 09.12.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlanmış, “PREMİER ENGİN” Məhdud Məsuliyyətli Cəmiyyətinin qalib seçilərək 21.966,5 manat məbləğində satınalma müqaviləsinin planlaşdırıldığı elan edilmişdir.
Dəftərxana və təsərrüfat xərcləri üzrə 23.11.2023-cü ildə başlanılmış kotirovka sorğusunun zərflər paketi 08.12.2023 -cü ildə açılmış və satınalma prosedurunun yekunlaşdırılması barədə məlumat 09.12.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlanmış, “GRANDIS SUPPLIER TT” Məhdud Məsuliyyətli Cəmiyyətinin qalib seçilərək 7.795 manat məbləğində satınalma müqaviləsinin planlaşdırıldığı elan edilmişdir.
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, İnşaat Kollecinin Satınalma Komissiyası kotirovkaların keçirilməsi barədə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara heç bir elektron dəvət elanı veriməmişdir.
Buradan suallar yaranır. İnşaat Kollecinin Satınalma Komissiyası 2023-cü il ərzində kotirovka sorğusunun keçirilməsi barədə iddiaçılara elektron (E-tender) dəvət elan verməmişsə, kotirovka sorğularını necə keçirmişdir?Satınalmalar üzrə iddiaçılara elektron (E-tender) dəvət elanı verilməmişsə bu kotirovka sorğularının qalibi necə müəyyən edilib? Qalib olan “PREMİER ENGİN” və “GRANDIS SUPPLIER TT” MMC-ləri İnşaat Kollecinin belə lotda kotirovka sorğusunun keçirdiyini haradan bilib?
Qeyd edək ki, İnşaat Kollecinin 2023-ci ildə satınalma müqaviləsi bağladığı “PREMİER ENGİN” MMC ilə 2022-ci ildə tikili və avadanlıqları cari təmir üzrə 21.998,9 manat məbləğində satınalma müqaviləsi bağladığı “RPS” MMC-nin qanuni təmsilşələri Əliyev Babək Ceyhun oğlu olduğu da tərəfimizdən müəyyən edildi. Bu da Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, о cümlədən riskli əməliyyatların Meyarları”na görə yolverilməzdir.
Dövlət Verği Xidmətinin reyesr məlumatlarında 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, İnşaat Kollecinin satınalma müqaviləsi bağladığı yuxarıda adlarını qeyd etdiyimiz MMC-nin hər ikisinin də fəaliyyətinin dayandırıldığı göstərilir.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi İnşaat Kolleci tərəfindən 2023-cü ildə keçirilmiş 2 satınalma üzrə bağlanan müqavilələrin 2-si da ləğv edilmiş MMC-lərlə bağlanıb və Kollecin Satınalma Komissiyası tərəfindən analoji hallara 2022-ci ildə də yol verilib.
Belə ki, İnşaat Kolleci tərəfindən 2022-ci ildə maşın və avadanlıqların alınması üzrə 49.875 manat məbləğində satınalma müqaviləsi bağlanılmış “DİSCOVERY AA” MMC ilə dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə 9.920 manat məbləğində satınalma müqaviləsi bağlanılmış “SÜNBÜL SERVİS” MMC-nin qanuni təmsilçiləri Abdullayeva Sədaqət Həsən qızıdır.
Dövlət Verği Xidmətinin reyesr məlumatlarında 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, İnşaat Kollecinin satınalma müqaviləsi bağladığı yuxarıda adlarını qeyd etdiyimiz bu MMC-lərin də fəaliyyətinin dayandırıldığı göstərilir.
Dövlət Verği Xidmətinin reyesr məlumatlarından da göründüyü kimi İnşaat Kollecinin satınalma müqaviləsi bağladığı MMC-lər riskli vergi ödəyiciləri olub. Burada MMC-lərin satınalma müqailəsi bağlanıldığdan 2-3 ay sonra fəaliyyətlərini dayandırması suallar doğurur. Nədən? Əgər ciddi bir şirkət olaraq hər hansı qanun pozuntusunda iştirakçı deyilsə MMC-lər fəaliyyətlərini niyə davam etdirməyiblər?
Göründüyü kimi İnşaat Kollecinin Satınalma Komissiyası son iki ildə keçirilmiş bir çox kotirovka sorğularının təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara elektron (E-tender) dəvət elanı verməmiş, bir nəfərə məxsus ixtisas göstəriciləri, peşəkarlığı, maliyyə etibarlılığı şübhə doğuran ayrı-ayrı MMC-lərlə işbirliyində olmuşdur. MMC-lərin sonradan fəaliyyətlərini dayandırması keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.
Biz bu kimi suallara aydınlıq gətirmək istədik. Qarşılaşdığımız mənzərəni də yuxarıda diqqətinizə çatdırdıq. Bu kimi göstərilən suallara cavab verə bilmədikləri üçün onların bizi Təhsil Nazirliyinə yönəldiklərini də başa düşdük. Düzdür, bütün təhsil müəssisələri dolayısı ilə və ya birbaşa Təhsil Nazirliyinə tabedir. Amma İnşaat Kollecinin üst qurumu birbaşa Azərbaycan Memarlıq və İnşaat Universitetidir. Sonradan hansısa ali təhsil müəssisəsinə birləşdirilən Kollec deyil. Nazirlər Kabinetinin qərarı ilə birbaşa Memarlıq və İnşaat Universitetinin nəzdində yaradılıb. Hələ 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə rektor təyin olunmuş Gülçöhrə Məmmədova tərəfindən. Burada baş verənlərə də Təhsil Nazirliyindən əvvəl Memarlıq və İnşaat Universiteti və onun rektoru daha çox məsuliyyət daşıyır. Özünü direktor müavini kimi təqdim edən bir şəxsin bütün bunları bilməməsi və ya bilməməzliyə vurması Kollecdə nəinki satınalmaların, hətta idarəetmənin də normal şəkildə təşkil olunmadığını göstərir.
Yuxarıda cavab almaq istədiyimiz sualları qoyduq bir qırağa. İndi daha bir suala da cavab almaq istərdik. Görəsən Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova İnşaat Kollecində baş verən bu kimi hallardan və təhsil müəssisəsini kimlərə etibar etdiyindən xəbəri varmı?
Aktualinfo.org

Seçilən
493
1
yenigundem.az

2Mənbələr