AZ

"Faytonçu" Nazim yeni biznesə başladı - VİDEO

"Faytonçu" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Nazim Pişiyarı yeni biznesə başlayıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu "7 tamam" verilişində danışıb.

Nazim bildirib ki, şəhərin mərkəzində çörək bişirilən sex açıb. Orada hazırlanan un məmulatları fransız və italyan üsulu ilə hazırlanır:

"Bu çörəklər mayasız hazırlanır. Pendirli, pomidorlu, sarımsaqlı, zeytunlu, qarabaşaq, günəbaxan tumlu, balqabaq tumlu çörəklər mövcuddur. Mayasız olduğundan bu çörəkləri yeyəndə insan mədəsi köpmür və ağırlıq vermir. 

Çörəkdən başqa mağazada müxtəlif növ kruassanlar, baqetlər, sendviçlər və burqerlər də var".
 


Rəşad Əliyev, Bizim.Media
 
Seçilən
568
2
bizim.media

10Mənbələr