AZ

Yunanıstanda 4.5 bal gücündə ZƏLZƏLƏ 

Yunanıstan sahilində 4,5 maqnitudalı zəlzələ olub. 

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Bakı vaxtı ilə saat 06:23-də qeydə alınmış zəlzələnin episentri Yunanıstanın Kritdən sonra ikinci böyük adası olan Evbeyadan (Əyriboz) 2,66 km şimalda yerləşib. Egey dənizində baş vermiş yeraltı təkanların ocağı 5,68 km dərinlikdə olub. Türkiyənin zəlzələnin episentrinə ən yaxın yaşayış məntəqəsi isə ölkənin ən böyük adası Gökçəada olub – 246,77 km.

Mümkün dəniz daşması barədə xəbərdarlıq edilməyib. 


Telegram kanalımız
Seçilən
406
50
yenisabah.az

10Mənbələr