AZ

"X"in yeni üzvləri yazıları paylaşmaq üçün pul ödəməli olacaqlar

İlon Mask bir tərəfdən "X"də istifadəçi sayını artırmağa çalışır, digər tərəfdən isə botlara qarşı mübarizəsini davam etdirir. Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, bu məqsədlə Mask yeni üzvlükləri ödənişli edəcək. Keçən il "X"in yeni üzvlük sistemi üzərində işlədiyi məlum olub. Bu sistem yeni "X" istifadəçilərindən digər yazılarla əlaqə saxlamazdan və ya yazı paylaşmazdan əvvəl ödəniş etməyi tələb edir. Ödəniş məbləği 1 dollar olaraq müəyyən edilib. "X" indi bu proqramı daha geniş bölgəyə yaymağa hazırlaşır. Xırda bir dəyişikliklə "X" bloqun mətninə yeni istifadəçilərin bir yazı paylaşmaq, bəyənmək, saxlamaq və ya cavab vermək üçün illik ödəniş etməli olduğu ifadəsi əlavə edilib. Bununla "X" hər kəs üçün daha yaxşı təcrübə yarada biləcəyinə inanır. Mövzu ilə bağlı "X" vasitəsilə açıqlama verən Elon Mask: "Təəssüf ki, yeni istifadəçilərin yazmaq üçün kiçik bir ödəniş etməsi botların amansız hücumunu yüngülləşdirəcək yeganə seçimdir. Hazırda süni intellekt (və trol fermaları) "Sən robotsan" testindən asanlıqla keçir?", - deyə o qeyd edib. Mask həmçinin bildirib ki, saxta hesabları ləğv etməklə istifadə edilə bilən hesab adlarının sayı arta bilər. Əslində, hesabın yoxlanılması üçün ödənişin alınması yeni bir üsul deyil və bir çox platforma bu üsuldan istifadə edir. Digər tərəfdən, "X"in yeni istifadəçilərdən ödəniş tələb etməsi Maskın platformaya daha çox istifadəçi cəlb etmək planlarını poza bilər. Gözləyək görək illik abunə haqları qarşıdakı dövrdə platformadakı istifadəçilərin sayına və qarşılıqlı əlaqəyə necə təsir edəcək. Qadir, Bizimyol.info

Seçilən
261
1
bizimyol.info

3Mənbələr