AZ

“Apple” öz süni intellekt serverləri üzərində işləyir

“Apple”-ın uzunmüddətli sərmayə ilə süni intellekt serverləri üzərində çalışdığı iddia edilirdi.
Facemark xarici mənbələrə əsasən istinad edir ki, ABŞ mərkəzli texnologiya nəhəngi bu dəfə süni intellekt sahəsində edəcəkləri ilə adından bəhs etdirməyə başlayıb. “Apple”-ın nələr edəcəyi izləyiciləri və dünya ictimaiyyəti tərəfindən maraq doğurur.
Şirkət yeni “Mac” modellərində istifadə edəcəyi “M4” prosessorları ilə gündəmə gəlib. Çünki bu dəfə çiplərin süni intellekt mərkəzli olacağı və bu mövzuda fərqli xüsusiyyətlər gətirəcəyinə inanılır. Smartfon mğövzusunda isə şirkət cihazda işləyəcək yeni xidmətlərlə özünə olan gözləntiləri daha da çoxaldır. İndi ortaya çıxan iddialar göstərir ki, “Apple” özünün süni intellekt server prosessorları üzərində işləyir.
”Phone Chip Expert” adlı “Weibo” istifadəçisinin paylaşdığı məlumata görə, “Apple” “TSMC” ilə ortaqlıqda öz “3nm” ölçüsündə xüsusi silikon çiplərini istehsal edə bilər. Əgər bu hərəkəti edərsə, şirkət proqram təminatının ehtiyaclarına daha səmərəli uyğun gələn avadanlıq istehsal edərək daha güclü və səmərəli texnologiyalar yarada bilər.
Bundan əlavə, telefonlarda cihazda işləyən süni intellekt xüsusiyyətlərini təqdim etsə də, şirkət gələcəkdə təqdim edəcəyi bulud əsaslı xüsusiyyətləri bu çiplər sayəsində daha performanslı hala gətirə bilər.
Sözügedən “Weibo” istifadəçisi keçmişdə də dəqiq proqnozları ilə diqqətləri özünə çəkmişdi.

Seçilən
257
1
facemark.az

2Mənbələr