AZ

Paşinyan və Blinken arasında telefon danışığı baş tutub

Ermənistanın Baş тaziri Nikol Paşinyan və ABŞ-nin dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.APA xəbər verir ki, bu barədə Ermənistan liderinin mətbuat katibi məlumat yayıb.Bildirilib ki, tərəflər aprelin 5-də Brüsseldə üçtərəfli görüşdə əldə olunmuş razılaşmaların icrasını, həmçinin İrəvan və Bakı arasında danışıqlar prosesini müzakirə ediblər.Baş nazir Azərbaycanla sərhədin delimitasiyası prosesini müsbət qiymətləndirib, Voskepar, Kiranets və Berkaber kəndlərinin sakinlərinin narahatlığının anlaşılan olduğunu, lakin qaldırılan məsələlərin həlli üçün mümkün olan hər şeyin ediləcəyini vurğulayıb.Telefon danışığı zamanı qeyd olunub ki, Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin delimitasiyası Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yol açır.

Seçilən
591
2
sherg.az

3Mənbələr