AZ

Türkiyədə bu sosial şəbəkə bağlandı

Türkiyədə “Threads” sosial şəbəkəsinə giriş bağlanıb.

Publika.az xəbər verir ki, “Meta” tərəfindən “X”ə rəqib olaraq buraxılan “Threads” tətbiqi Rəqabət Qurumunun qərarı ilə aprelin 29-dan etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır.

Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbiq “Meta” şirkətinə məxsus “Instagram”dan yeni istifadəçinin məlumatlarını avtomatik götürür.

Hazırda tətbiqə VPN-lə də giriş mümkün deyil.

Seçilən
228
6
publika.az

10Mənbələr