Azərbaycanın minifutbol millisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.
QOL.az xəbər verir ki, komanda turnirin həlledici oyununda son dünya çempionu Rumınyaya 5:4 hesabı ilə qalib gələrək mükafatı qazanıb.
Azərbaycan millisinin üzvləri fərdi mükfata da sahib olub. Turnirin ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu adına isə Elvin Əlizadə layiq görülüb.