“Fransa hərbçiləri Ukraynadakı münaqişə zonasında peyda olarsa, qaçılmaz olaraq Rusiya Silahlı Qüvvələrinin hədəfinə çevriləcək”.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.
"Əgər fransızlar münaqişə zonasında görünsələr onlar qaçılmaz olaraq Rusiya ordusunun hədəfinə çevriləcəklər", - deyə siyasətçi vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az