AZ

Dörd ayda istehlakçılara 59 mln. manatdan çox ƏDV qaytarılıb

2024-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycanda pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də səhiyyə müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 59,2 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Bu barədə Valyuta.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin “ƏDV geri al” layihəsi çərcivəsində qaytarılan həcmi yanvar-aprel aylarında 6,5 milyon manat təşkil edib.

Seçilən
211
23
valyuta.az

10Mənbələr