AZ

Rusiya XİN: Üçtərəfli bəyanat aktuallığını qoruyur

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanat indiki şəraitdə öz aktuallığını saxlayır, onun alternativi yoxdur.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya XİN məlumat yayıb.

“2020-2022-ci illərdə imzalanan üçtərəfli sazişlər toplusu hazırkı şəraitdə də aktuallığını qoruyur. Rusiya regional nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin şərtlərinin işlənib hazırlanması, habelə sərhədlərin delimitasiyası və demarkasiyası daxil olmaqla, bütün istiqamətlərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə kömək etməyə hazırdır. Biz Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində əlaqələrin intensivləşdirilməsinin tərəfdarıyıq. Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üçün sadəcə olaraq alternativ etibarlı mexanizm yoxdur”, - deyə məlumatda qeyd edilib.


Telegram kanalımız
phrase_var_article.chosen
128
18
yenisabah.az

10phrase_var_article.sources