AZ

“Kloun sənsən, sənin nəslindir, şəcərəndir!” – Deputatdan sərt sözlər...

"Görünən budur ki, Əli Kərimli çox ciddi panika içindədir. Ona görə vurnuxur. Ona görə yapışmağa saman çöpü axtarır. Ona görə bütün şərəfsizliklərə imza atacaq, "söyüş müxalifəti” adlandırdığımız binamus kəsimdən kömək istəyəcək, imdad diləyəcək qədər adiləşib, rəzilləşib. Ona görə Seymur Həzi kimi siyasi müqəvvanın, Gültəkin Hacıbəyli kimi buqələmunun, Cəmil Həsənli kimi üzdənirağın ümidinə qalıb”.
 
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Hətta deyəsən AXCP sədri Amerikada məskunlaşan "qeyrətli” bacısı, "namus mücəssiməsi”, son 2 ildə cəmi-cümlətanı 31 sevgili dəyişən, Nyu-Cersi” saunalarında ad çıxaran Sevinc Kardaşyanla da münasibətlərini yenidən düzəldib. Çünki son vaxtlar əməlli mehribandırlar. Bir-birinə ilişmirlər. İlişəndə də mismar kimi deyil, romantik, cazibəli, xoşməramlı ilişirlər. Bacı-qardaş kimi ilişirlər. Doğma kimi ilişirlər.

Və yenə yapışıblar mitinqdən. Ki, guya sərbəst toplaşmaq azaqlıqları, hüquqları pozulur.  

Əli Kərimli! Binamus gədə! Əgər sənin fikrin, məramın həqiqətən toplaşmaq, fikir azadlığı ifadə etməkdirsə, mənim üzümə lənət! Xeyr! Xeyr. Bir də xeyr! Sən sadəcə artistlik edirsən. Sən sadəcə xaricdən gələn pulları mitinq adı ilə nağdlaşdırmaq, aranı qatmaq, suyu bulandırmaq, düşmən dəyirmanına su tökmək, fransızın, erməninin və bütün anti-Azərbaycan qüvvələrinin təlimatı ilə ortalıqda fırtına qoparmaq istəyirsən. Sən sadəcə bu millətə, bu dövlətə qarşı getməyi, siyasət meydanında alçaqca, mürtədcə, namərdcə mübarizə aparmağı özünə həyat kredosu, prioritet seçmisən. Vəssalam! Başqa dərdin, məramın, marağın yoxdur!

Və ən sonda Gülçatay Hacıbobbiliyə də bir mesaj ünvanlayım: "Kloun sənsən, sənin nəslindir, şəcərəndir!.”. Yəqin anladın, nəyə işarə edirəm.” – deyə Partiya sədri fikirlərinə davam edib.
Seçilən
92
1
aktual.az

2Mənbələr