AZ

Tramp demokratiya üçün təhdiddir – Bayden

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampı demokratiyanın ən böyük təhdidi adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, prezidentlik yarışına toxunan Bayden ölkədə keçirilən sorğulara fikir verməyin hələ erkən olduğuna diqqət çəkib.

Bildirib ki, mən heç bir sorğunun bu qədər erkən böyük əhəmiyyət daşıdığını sanmıram. O, heç vaxt ABŞ-nin gələcəyi ilə bağlı indiki qədər nikbin olmayıb.

Qeyd edək ki, ABŞ-də növbəti seçki noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini toplayıb.

İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından yetərli sayda nümayəndənin dəstəyini qazanıb. Beləliklə, dörd il öncə olduğu kimi, bu seçkilərdə də mübarizənin adıçəkilən iki siyasətçi arasında gedəcəyi güman edilir.

Seçilən
116
5
nocomment.az

7Mənbələr