Bunu Bakupost az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev söyləyib.
Onun dediyinə görə, bu tip yaşayış binaları daha çox mərkəzdən kənar ərazilərdə tikilib. Həmin ərazilər üçün qiymət normaldır. Bu mənzillər ucuz qiymətə uzunmüddətli kredit şərtləri ilə də satılır:
"Bakı şəhərində daşınmaz əmlak bazarında son illər qiymət artımları davam edir. Son üç ildə artımların daha çox olduğu müşahidə edilir. Bu cür layihələr təbii ki, aztəminatlı insanlar üçün mənzil sahibi olmağı əlçatan edir. Qeyd edim ki, tam təmirli bu mənzillər dövlətin sifarişi ilə tikildiyinə görə qaz, su, işıq və kommunikasiya xətləri və çıxarışla təmin olunub".
- Ölkə
- 09 May 2024