AZ

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edildi

Xocalıda insana məxsus sümük fraqmentləri aşkar edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 8-də işğaldan azad olunmuş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, mayın 5-də işğaldan azad olunmuş Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır. Həmçinin, Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı üzrə Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.


Xatırladaq ki, 27 aprel 2024-cü il tarixinə ümumilikdə ən azı 600 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb (onlardan 124-ü 2022-ci ildə, 133-ü 2023-cü ildə, 48-i isə 2024-cü ildə aşkar edilib).

Xocalı şəhəri ərazisində qazıntılar zamanı kütləvi məzarlıqda 21 nəfərin, daha sonra isə Xocalı rayonunun Malıbəyli kəndində 8 nəfərin qalıqları aşkar olunub. Ümumilikdə isə bu günə qədər Xocalıda qalıqları tapılan 29 nəfərdən 9 nəfərin kimliyi müəyyən edilmişdi.

Seçilən
613
49
ekologiya.az

10Mənbələr