Gürcüstan hökuməti AB səfirinin təşkilatçılığı ilə Avropa Günü şərəfinə Tiflisdə təşkil olunan qala-konsertə gəlməyib.BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb. “Gürcüstan hökuməti Rustaveli Teatrında Avropa Günü şərəfinə keçirilən qala-konsertdə iştirak etməyib”, - məlumatda vurğulanıb. AB-nin Gürcüstandakı səfiri Pavel Gerçinskinin sədrliyi ilə keçirilən tədbirdə baş nazir və kabinet üzvləri üçün yerlər boş qalıb. Gecəyə Gürcüstan Prezidenti Salome Zurabişvili gəlib.