AZ

Ukraynada vəziyyəti yalnız bu silahla dəyişmək olar

Yalnız nüvə silahından istifadə Ukraynadakı vəziyyətə təsir göstərə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Pentaqon rəhbərinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor bildirib.

"Biz strateji mənzərəni (Ukraynada - red.) dəyişdirmək üçün adi səviyyədə heç nə edə bilmərik, bu o deməkdir ki, müraciət edə biləcəyimiz yeganə şey nüvə silahıdır", - o deyib.

Polkovnikin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin eskalasiyanın bu səviyyəyə çatmasını istəmədiyini açıq şəkildə bildirib, lakin o, Moskvanın cavab verməyə hazır olduğu haqda xəbərdarlıq edib.

"Rusiya çox müasir elm-sənaye dövlətidir, yəqin ki, dünyada mövcud olan bütün quru və raket qüvvələrinə və pilotsuz uçuş aparatlarına malikdir", - Makqreqor bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

phrase_var_article.chosen
79
2
milli.az

3phrase_var_article.sources