Tarix: 10 May 2024 09:26
Ruslar Xarkov vilayətinə hücuma hazırlaşır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukraynanın 92-ci Mexanikləşdirilmiş Piyada Briqadasının komandiri İvan Sirko Pavel Fedosenko "Ekonomist"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya mayın ortalarında Xarkov vilayətinə hücum edəcək. İndi 50 minlik rus ordusu sərhəd yaxınlığında cəmləşib:
"Ssenarilərdən biri Kiyevə gedən əsas yolu kəsərək şəhəri təcrid etməkdir. Digər variant isə təxminən 10 km yaxınlaşmaq, şəhərin şərq kənarını artilleriya məsafəsi daxilində qoymaq və Ukraynanın pilotsuz təyyarələrinin hücumlarına məruz qalan Rusiyanın Belqorod şəhərini qorumaq üçün bufer zonası yaratmaqdır".
O, həmçinin qeyd edib ki, rusların Donetsk vilayətinin bütün ərazisini işğal etmə ehtimalı 70% təşkil edir.
"Hər kəs bilir ki, biz Konstantinovka və Drujkovka uğrunda döyüşməsək, rus qoşunları bir neçə həftədən sonra Dneprdə, Xarkovda, Krivoy Roqda olacaq".
O vurğulayıb ki, Çasov Yar uğrunda döyüşlərin məqsədi Rusiyanın irəliləməsinə və əsas şəhərləri tutmasına mane olmaqdır. Eyni zamanda, Donbasda işğalçıların ləngiməsi həlledici əhəmiyyət kəsb edir.
Milli.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta