AZ

Borrell: Çin Ukrayna məsələsində Rusiyaya təsir etmək istəmir

Avropa İttifaqının diplomatiya rəhbəri Josep Borrell “Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula von der Leyen Çin prezidenti Si Cinpini Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya təzyiq göstərməyə inandıra biliblərmi” sualını cavablandırıb.

Musavat.com xəbər verir ki, Borrell İspaniyanın RTVE radiostansiyasına müsahibəsində deyib: “Biz uzun müddətdir ki, Çinə öz təsirindən istifadə etməli olduğunu deyirik”.

Eyni zamanda, Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, Çin bunu etmir və onun bunda heç bir marağı yoxdur.

Qeyd edək ki, bundan əvvəl Çin prezidenti Si Cinpin Fransada Emmanuel Makron və Ursula fon del Leyenin iştirakı ilə görüş keçirib. Bundan sonra o, Çin, Fransa və Aİ-nin Ukraynada hərbi əməliyyatların artmasına qarşı durmalı və sülh danışıqları üçün şərait yaratmalı olduqları barədə bəyanat verib. Borrel Pekinin Ukrayna üzrə beynəlxalq sülh konfransını dəstəkləyəcəyini, ancaq təkcə Ukraynanın deyil, Rusiyanın da tanıdığı konfransın lehinə olacağını bildirib.

Musavat.com

 

phrase_var_article.chosen
367
50
musavat.com

10phrase_var_article.sources