Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi müasir Azərbaycanın qurucusu və memarı, dövlət müstəqilliyimizin təminatçısı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüblər.
Azərbaycanın dahi şəxsiyyətinin əziz xatirəsi hörmətlə anılıb.
Bu barədə Ekologiya.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.