AZ

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır?

ABŞ-ın Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, o, bu mərhələdə insanın hiss və istəklərini itirməyə başladığını bildirib.

"İnsan ilk növbədə aclıq, sonra isə susuzluq hissini itirir. Sonra toxunma, eşitmə və görmə hissləri yox olur", - o deyib.

Baş beyin travmalarının araşdırılması mərkəzinin mütəxəssisinin sözlərinə görə, insan orqanizmi ölüm ayağında olanda beyin bəzi hissələrini yaşamaq üçün lazımsız hesab etdiyinə görə, onları söndürür:

"İnsan ölümə yaxın beyninin bəzi hissələrində qıcıqlanma baş verir, bu, görmə orqanına təsir edir, ona görə də, bəzi insanlar ölüm anında işıq görməyə başlayırlar".

Seçilən
362
19
axar.az

10Mənbələr