General-mayor Müşfiq Məmmədov Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə rəis təyin edilib.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Qeyd edək ki, general-mayor M.Məmmədov bundan əvvəl Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi vəzifəsində işləyib.