Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasına Andrey Belousovun müdafiə naziri təyin edilməsini təklif edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, Vladimir Putin Belousovla yanaşı, Federasiya Şurasına digər namizədlərin adlarını da təqdim edib:
- Sergey Lavrov- xarici işlər naziri;
- Vladimir Kolokoltsev - daxili işlər naziri;
- Aleksandr Kurenkov - mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin aradan qaldırılması naziri;
- Konstantin Çuyçenko - ədliyyə naziri;
- Sergey Narışkin - Xarici Kəşfiyyat Xidmətinin direktoru;
- Aleksandr Bortnikov - Federal Təhlükəsizlik Xidmətinin direktoru;
- Viktor Zolotov - "Rosqvardiya"nın direktoru;
- Dmitri Koçnev - Federal Mühafizə Xidmətinin direktoru;
- Aleksandr Lints - Prezidentin Xüsusi Proqramlar Baş İdarəsinin rəisi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun