Baş Prokurorluq bu il fevral ayının 13-də bir ailənin 5 üzvünü qəsdən öldürməkdə təqsirli bilinən Əhməd Əhmədovla bağlı ekspertiza rəyini açqılayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, cari il fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş təkrar komission məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub.