AZ

Saatlıq minimum əməkhaqqı nə qədər olacaq? - Açıqlama

Saatlıq minimum əməkhaqqı nə qədər olacaq? - Açıqlama

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi barədə təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb. Bəs saatlıq minimum əməkhaqqı nə qədər olacaq?

Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Sonxeber.az-a açıqlama verib.

İqtisadçı bildirib ki, hazırda minimum əməkhaqqının 1 saata düşən məbləğ 1 manat 95 qəpik civarındadır:

"Azərbaycanda saatlıq minimum əməmkhaqqının təbliği mümkündür. Qanunvericiliyə müəyyən dəyişikliklər edilməklə bu sahədə hüquqi əsaslar yaradıla bilər. Özəl və dövlət sektoru qarşısında müəyyən tələblər qoyula bilər. Bu yolla saatlıq minimum əməkhaqqı rejiminə keçirilə bilər.

Amma bu prosesdə hazırki iş saatlarını və qeyri iş günlərini nəzərə almaq lazımdır . Hazırda minimum əməkhaqqının 1 saata düşən məbləğ 1 manat 95 qəpik civarındadır. Bu göstərici 1 dollardan bir qədər artıqdır. Bu dünyanın ən aşağı göstəricilərindən biridir. Yeni qanuna keçirilsə düşünürəm ki, daha layiqli prosesə start veriləcək. Bu çərçivədə Azərbaycanda əməyin layiqli qiymətləndirilməsi bu proseslə daha da dərinləşdirilə bilər".

Seçilən
490
2
sonxeber.az

10Mənbələr