AZ

Azərbaycan çempionatı bu gün başa çatır

Minifutbol üzrə Azərbaycan çempionatı bu gün başa çatacaq.

Msport.az xəbər verir ki, son oyunların ardından mükafatçılar bəlli olacaq.

“Odlar Yurdu” və “Real Bakı” komandaları üçüncü yer uğrunda qarşılaşmada üz-üzə gələcəklər. Görüş saat 19:30-da start götürəcək. Saat 21:00-da isə “Aznur” və “Birbaşa Bakı” kollektivləri final oyununda münasibətlərə aydınlıq gətirəcəklər.

Hər iki matç Bakı Tennis Akademiyasında keçiriləcək.

Seçilən
251
5
msport.az

7Mənbələr