Bu gün Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayacaq.
Kişilərdən ibarət yığma Bakıda Rumıniyanı qəbul edəcək.
Görüş saat 18:00-da start götürəcək. Qeyd edək ki, qarşılaşma "CBC Sport"la canlı yayımlanacaq.
Qadınlar isə Xorvatiyadakı turnirdə meydan sahibləri ilə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.