AZ

Şahruddinin komandasına UEFA-dan CƏZA

UEFA "Adana Demirspor"a 1 mövsümlük avrokubok qadağası qoyub.

Titul.az qurumun saytına istinadən xəbər verir ki, buna Adana təmsilçisinin 90 gündən çox gecikmiş və ödənməmiş borcları səbəb olub. Klub qarşıdakı üç mövsümdə (2024/25, 2025/26 və 2026/27) avrokuboklara vəsiqə qazanacağı təqdirdə, UEFA-nın  klub yarışında iştirak edə bilməyəcək.

Qeyd edək ki, Türkiyə Superliqasında 44 xalla 11-ci olan "Adana Demirspor"un növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazanacağı dəqiqləşib.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev də "Adana Demirspor"un formasını geyinir.

Seçilən
158
10
titul.az

10Mənbələr