Son dövrlər etibarsız pullarla insanları aldatma halları artır.
Azmedia.Az xəbər verir ki, belə bir hal Oğuzda baş verib.
Xeyriyyəçilik adı ilə insanlara saxta 100 manatlıqlar paylayan şəxs, onlardan qalıq məbləğ kimi 50 manatlıqları yığaraq aradan çıxıb.Ekspertlər isə bildiriblər ki, son vaxtlar bu cür saxta pullarla insanları aldadanların sayı artıb.
Vəkil Anar Ramazanov deyir ki, bu əməl cinayət hesab edilir və cəzası da yalnız azadlıqdan məhrumetmədir.
Ekspertin sözlərinə görə, əgər bu məbləğ 50 min manatdan 200 min manata qədər olarsa, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 10 ilə qədər, təkrar baş verdiyi halda isə həmin şəxs 12 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Vəkil tövsiyə edir ki, pul əskinasını qəbul edərkən daha diqqətli olmaq lazımdır. Saxta pul ilə aldadılan şəxslər isə hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər.