"Artıq bizim sülhməramlıların missiyası sona çatıb. Onlar artıq ölkəni tərk edirlər. Artıq bu ərazilər tam təhlükəsizdir".
Publika.az xəbər verir ki, bu barədə "Rossiya-24" telekanalının Laçından hazırladığı xüsusi reportajında bildirilib.
"İndi Laçın yolunda hərbi maşınları deyil, tikinti materiallarını daşıyan yük avtomobillərini görmək olur. 2020-ci ilə qədər bu ərazilərdə evləri görmək mümkün deyildi. Burada yeni evlər tikilib və pulsuz olaraq vətəndaşlara verilib. Hazırda əhali burada yaşayır və tikinti işlərində də özləri iştirak edirlər", - deyə reportajda bildirilib.