AZ

Daha bir paraatletimiz dünya çempionu oldu

Azərbaycanlı paraatlet Orxan Aslanov Yaponiyanın Kobe şəhərində keçirilən yarışda dünya çempionu olub.

“Qafqazinfo” xəbər verir ki, təmsilçimiz T13 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.18 metr nəticə göstərib.

Bu paralimpiya çempionumuzun ilk dünya çempionluğudur.

Xatırladaq ki, iki gün əvvəl paraatlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda milli komandamıza ilk qızıl medalı qazandırıb. Ötən gün isə Səid Nəcəfzadə uzunluğa tullanma üzrə yarışda eyni uğuru təkrarlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Seçilən
170
10
qafqazinfo.az

10Mənbələr