Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirildi
Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib.Metbuat.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində “Sabah” və “Xəzri” klubları üz-üzə gəlib. Qarşılaşma birincilərin 75:59 qələbəsi ilə başa çatıb.Qeyd edək ki, komandalar arasında reallaşan ilk dueldə "Xəzri" (95:70), ikinci görüşdə isə "Sabah" (94:63) qələbə qazanıb.
Final seriyasında üç qələbə qazanan kollektiv qızıl medallara sahib çıxacaq.