"Avropa səlahiyyətliləri nüvə silahının çəkindirmə vasitəsi olduğuna əmindirlər, lakin eyni zamanda Ukraynada hərbi əməliyyatların əvvəlində düşünülməmiş ən pis ssenarilərə imkan verirlər".
Publika.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
“Məncə, avropalı siyasətçilər nüvə silahını əslində istifadə edilməli olan bir şey kimi deyil, taktiki çəkindirmə vasitəsi kimi düşünürlər, amma müharibənin əvvəlində düşünmədikləri şey müharibənin sonunda baş verə bilər. Ən pis ssenarilər həyata keçirilir", - Orban əlavə edib.
Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Rusiya xüsusi hərbi əməliyyatı başlayandan sonra Vaşinqton Rusiya Silahlı Qüvvələrinin nüvə silahından istifadə edəcəyi təqdirdə Moskvanı Ukraynadakı mövqelərinə zərbə endirməklə hədələyib .