AZ

Rusiya vilayətinə PUA hücumu: ölən və yaralananlar var

Rusiyanın Oryol vilayətinin Livnı şəhərinə dron hücumunda uçuş vasitələrindən ikisi yanacaq-doldurma məntəqəsinin üzərinə düşüb, hadisədə bir nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə regionun qubernatoru Andrey Klıçkov teleqramda bildirib.

“Bu səhər Oryol vilayətinə növbəti kütləvi hücum zamanı PUA Livnı şəhərindəki yanacaqdoldurma məntəqəsinin ərazisinə düşüb. İnzibati binanın fasadının bir hissəsi zədələnib, operativ xidmət və şəhər rəhbərliyinin əməkdaşları fəsadların lokallaşdırılması və aradan qaldırılması üçün dərhal hadisə yerinə gəliblər. Onlar işləyərkən daha bir PUA yanacaqdoldurma məntəqəsinin ərazisinə düşüb”, – o yazıb.

Seçilən
130
10
publika.az

10Mənbələr