Aktrisa Üzel Kərimova boşanması ilə bağlı açıqlama yayıb.
Yenisabah.az xəbər verir ki, bununla bağlı sənətçi instaqramda paylaşım edib və bu sözləri yazıb:
“Həyat bir səyahətdir və bəzən yollar ayrıla bilər. Bu qərarı bir-birimizə və yaşadıqlarımıza hörmət edərək aldıq. Bir neçə ildir ayrı ölkələrdə yaşadığımızı bir çoxunuz, ayrıldığımızı isə doğmalarımız bilirdi. Bugün rəsmi olaraq sonlandırdığımızı sizinlə də bölüşmək istədim. Bu müddət ərzində sizdən anlayış və hörmət göstərməyinizi xahiş edirəm. Yaşadığımız bu prosesin həssaslığını nəzərə alsaq, şəxsi həyatımıza hörmətlə yanaşmağınız bizim üçün çox dəyərlidir. Hər zaman yanımda olduğunuz və məni dəstəklədiyiniz üçün təşəkkür edirəm. Sizin sevginiz və dəstəyiniz mənə güc verir. Sevgi ilə”.
Telegram kanalımız