AZ

Lavrov Zelenskinin legitimliyi ilə bağlı sualı cavablandırıb

Rusiya prezidenti Vladimir Putin Belarusun paytaxtında keçirdiyi mətbuat konfransında Ukrayna lideri Vladimir Zelenskinin legitimliyi barədə kifayət qədər aydın danışıb. Bunu RİA Novosti agentliyinə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Jurnalistlər xarici siyasət idarəsinin rəhbərindən Zelenskinin hazırkı hüquqi statusu haqqında nə düşündüyünü soruşublar. Sonuncunun dövlət başçısı kimi səlahiyyət müddəti mayın 20-də başa çatıb, lakin o, ölkə hakimiyyətinin seçkilərin keçirilməməsi ilə bağlı qərarı ilə əlaqədar vəzifələrini yerinə yetirməkdə davam edir.

“Rusiya prezidenti Vladimir Putin Minskdə keçirdiyi mətbuat konfransında bu məsələ ilə bağlı kifayət qədər aydın danışıb”, – nazir deyib.

Mənbə: RİA Novosti

Seçilən
133
50
dogru.az

10Mənbələr