AZ

Hidayət Heydərov cüdoçuların reytinqində liderliyi ələ keçirdi

Bütün çəki dərəcələri üzrə cüdoçular arasında reytinq cədvəli açıqlanıb.
 
Moderator.az xəbər verir ki, siyahıya Azərbaycan millisinin lideri Hidayət Heydərov (73 kq) başçılıq edir.
 
Reytinqdə birinci pilləyə yüksələn dünya çempionu 8 798 xala malikdir. Əbu-Dabidəki qələbə Hidayət Heydərovun uzun müddət turnir cədvəlinə başçılıq edən belçikalı Matias Kasseni (81 kq) keçməsi ilə nəticələnib (7 932 xal).
 
Qeyd edək ki, digər cüdoçumuz, dünya çempionu Zelim Kotsoyev isə (100 kq) dörd pillə irəliləyib. O, 7 022 xalla ilk üçlüyə daxil olub.
 
Seçilən
99
1
moderator.az

4Mənbələr