AZ

“Qarabağ” - “Zirə” finalı öncə mətbuat konfransları keçiriləcək

“Qarabağ”la “Zirə” arasındakı Azərbaycan Kubokunun final oyunundan öncə keçiriləcək mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, nominal meydan sahibi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 16:30-da başlayacaq.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə 17:30-da jurnalistlər qarşısına çıxacaq. “Qartallar”ın media üçün açıq məşqi saat 18:00-da start götürəcək.

Qeyd edək ki, oyunöncəsi mətbuat konfransları və açıq məşqlər iyunun 1-də “Dalğa Arena”da keçiriləcək.

Ağdam və Zirə təmsilçiləri arasındakı final oyunu iyunun 2-də “Dalğa Arena”da baş tutacaq. Həlledici oyuna saat 20:00-da start veriləcək.

Seçilən
144
9
arena.az

10Mənbələr