İctimai fəal, uzun müddət bank sektoru və digər özəl şirkətlərdə rəhbər vəzifələr tutmuş, Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) yanında podratçı şirkətin inzibatçısı Səbuhi Nəsrullayev vəfat edib.
Qafqazinfo xəbər verir ki, 1985-ci il təvəllüdlü S.Nəsrullayev mayın 28-də Cəbrayıl rayonu Fuğanlı kəndi ərazisində ağır yol qəzasına düşüb.
“Mitsubishi L200” markalı avtomobilin qəzaya uğraması nəticəsində ağır xəsarətlər alan S.Nəsrullayev dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.