AZ

Qum karxanasında baş verən ölüm faktının bəzi TƏFƏRRÜATLARI məlum olub

Cəlilabadın Uzuntəpə kəndində yerləşən qum karxanası yaxınlığında baş verən faciənin təfərrüatları məlum olub.

Ednews xəbər verir ki, 7 yaşlı Şükürov Mirhəsən Avtandil oğlu  su hövzəsində çimərkən bataraq ölüb. 

Yeniyetmə Sabirabad kənd sakini olsa da, bir müddət sözügedən kənddə qohumlarının evində qonaq qalırmış. Elə həmyaşıdı olan 2 oğlan qohumu Sərdar və Cavidanla arpa sahəsində vəziyyətə baxmağa gedərkən, yeniyetmə su hövzəsinin yanında qohumlarına sahəyə onsuz getmələrini deyib. 

Hava isti olduğundan burada bir az yuyunacağını bildirən Mirhəsən Şükürovun az sonra batdığını müşahidə edən digər iki nəfər onu xilas edə bilməyiblər. 

Kənd sakinləri tərəfindən cansız bədəni sudan çıxarılan yeniyetmənin meyiti Cəlilabad morquna aparılıb və müvafiq ekspertizadan sonra dəfn edilmək üçün yaxınlarına təhvil verilib.

Seçilən
139
1
ednews.net

2Mənbələr