AZ

“Fiziki hazırlıq baxımından öz üzərimizdə bir qədər də işləməliyik”

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisinin üzvü Mercedes Uoker açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, yığmamızın üzvü bu gün keçirilən görüşlər və komandanın ümumi durumunu şərh edib:

“Fiziki hazırlıq baxımından öz üzərimizdə bir qədər də işləməliyik. 3×3 basketbol bir az fərqlidir. İlk görüşdə möhtəşəm oyun göstərən kollektiv növbəti matçda zəif təsir bağışlaya bilər. Ona görə rəqiblərimiz barədə nə isə danışmaq çətindir”, – deyə o vurğulayıb.

M.Uoker Portuqaliya ilə keçirilən görüşdə zədə alan Dina Ulyanovanın tezliklə sağalacağına ümid edir:

“Özümü əla hiss edirdim, lakin Dina Ulyanovanın zədələnməsi əhvalımı korladı. Qarşıda bizi Olimpiada gözləyir. İnanıram ki, Aleksandra Mollenhauer və Dina Ulyanova bizimlə birgə olacaq”.

Seçilən
142
3
idmanxeber.az

4Mənbələr